Moskvada kişi fişəngin partlaması nəticəsində öldü

Moskva vilayətinin Klin şəhər dairəsində bədbəxt hadisə baş verib.

Moskvada kişi fişəngin partlaması nəticəsində öldü
https://peyk.az

“Moskva” agentliyi xəbər verir ki, 33 yaşlı kişi fişəngin partlaması nəticəsində həlak olub.

Məlumata əsasən, o sərxoş halda dostları ilə birlikdə atəşfəşanlıq edib.

Damağında tutduğu siqaretlə fişəngi yandırmaq istədiyi zaman partlayış baş verib. Nəticədə kişinin üzü və başı yanıb. Hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü təsdiqləyib.

Mərhumun qohumları fişəngin bir il əvvəl internet-maqaza vasitəsi ilə alındığını bildiriblər.