Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü

Son sutka ərzində Moskvada daha 57 nəfər koronavirusdan ölüb.

Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü

Son sutka ərzində Rusiyanın paytaxtı ;Moskvada daha 57 nəfər koronavirusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, ölkə paytaxtında COVID-19 ;qurbanlarının sayı 2 806 nəfərə çatıb. ;

“Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 57 pasiyent öldü”, - deyə xəbərdə bildirilr.

Paytaxt Rusiyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkənin mərkəzi şəhərində COVID-19-a 189 214nəfər yoluxub, virusa yoluxmuş 94 715 nəfər sağalıb.

Operativ Qərargahın məlumatlna görə, ölkədə koronavirusa ümumilikdə 441 108 nəfər yoluxub, 204 623 nəfər sağalıb. ;

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus213ölkə və bölgədə qeydə alınıb. ;

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.