Home İdman “Mourinyo futbolun ürəyidir” – Ranyeri

“Mourinyo futbolun ürəyidir” – Ranyeri

245
0

“Fulhem”in baş məşqçisi Klaudio Ranyeri “Mançester Yunayted”dən göndərilən Joze Mourinyoya dəstək olub.

PEYK.AZ “Sky Sports”a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Mourinyonu futbolun ürəyin adlandırıb:

“İstefaya göndəriləndən sonra Mourinyoya mesaj yolladım. Onunla yaxın dostuq. Mourinyo, Antonio Konte kimi mütəxəssislər futbolun ürəyidir. Ümid edirəm ki, hər ikisi qısa müddətdə yenidən iş başına dönəcəklər. Joze getdiyi hər ölkədə kuboklar qazanıb. Bu, onun üçün önəmlidir”.

Xatırladaq ki, Mourinyonun adı “Bavariya”  və “Real”la hallanır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here