Mourinyo qalibiyyətlə başladı

Joze Mourinyonun yeni klubu "Tottenhem"də debütü uğurlu alınıb.

Mourinyo qalibiyyətlə başladı
https://peyk.az

Peyk.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"in qonağı olub və 3:2 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 17-ə yüksəldən London təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.12 oyundan 34 xalı olan "Liverpul" 1-ci, "Lester" 26 xalla 2-ci, "Çelsi" 26 xalla 3-cüdür.

Qeyd edək ki, Joze Mourinyo "Tottenhem"in baş məşqçi vəzifəsində bu ay istefaya göndərilən Maurisio Poçettinonun əvəzləyib.