Məşhur futbolçuya silahlı hücum

İtaliyanın “Milan” klubunun futbolçusu Samuel Kastilyexo xoşagəlməz hadisə ilə üzləşib. “Peyk.AZ” xəbər verir ki, bu barədə ispan futbolçu “İnst

Məşhur futbolçuya silahlı hücum

İtaliyanın “Milan” klubunun futbolçusu Samuel Kastilyexo xoşagəlməz hadisə ilə üzləşib.

“Peyk.AZ” xəbər verir ki, bu barədə ispan futbolçu “İnstagram” hesabında məlumat yayıb. O, silahlı şəxslər tərəfindən soyulduğunu açıqlayıb:

“Milanda hər şey qaydasındadır? Mən üzümə silah tutan iki nəfər tərəfindən soyuldum”.

2018-ci ildən “Milan”ın formasını geyinən Kastilyexo, bu mövsüm 19 oyunda iştirak edib.