Müəllimi Ərdoğan barədə elə sözlər dedi ki...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul İmam Xətib Liseyində müəllimi olmuş Mehmət Yahya Qutluoğlunun ölkə başçısı barəsində dediyi sözlər maraqla qarşılanıb.

Müəllimi Ərdoğan barədə elə sözlər dedi ki...
https://peyk.az

Peyk.az xəbər verir ki, müəllimi Ərdoğanın hələ lisey dönəmində liderlik qabiliyyəti ilə seçildiyini bildirib.

"Dərs dediyim siniflərdə onun kimisi az idi. Çox səliqəli geyinərdi, türkcəsi, xitab tərzi və davranışları gözəl idi. Tələbələr içərisində seçilirdi. Amma imam xətibin o dövrdə bu cür yüksək vəzifəyə gələcəyi heç kəsin ağlına belə gəlməzdi".

Kurtuoğlu Rəcəb Tayyib Ərdoğanın tələbəlik illərində çox ciddi, özünü inkişaf etdirmək üçün üzərində işlədiyini qeyd edib.