Home Mədəniyyət Muğam Mərkəzində növbəti konsert görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilib

Muğam Mərkəzində növbəti konsert görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilib

120
0

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, konsert Prezident İlham Əliyevin Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, vokalçı Mahir Tağızadə Qara Qarayevin əsərlərini səsləndiriblər.

Xatırladaq ki, görkəmli bəstəkarın 100 illiyi respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here