Home Mədəniyyət Muğam Mərkəzində növbəti konsert proqramı

Muğam Mərkəzində növbəti konsert proqramı

205
0

Beynəlxalq Muğam Mərkəzində tanınmış qəzəlxan Əliağa Vahidin yaradıcılığına həsr olunmuş konsert proqramı təşkil olunub.

PEYK.AZ AZƏRTAC-a istinadən bildirir ki, Muğam Mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, “Qəzəllər” layihəsi çərçivəsində təşkil olunan konsertdə Əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva çıxış ediblər.

Qeyd edək ki, Muğam Mərkəzinin “Qəzəllər” layihəsi tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərlərinin təqdim edilməsi ilə davam edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here