Home Mədəniyyət Muğam Mərkəzində növbəti tədbir Qara Qarayevin 100 illiyinə həsr ediləcək

Muğam Mərkəzində növbəti tədbir Qara Qarayevin 100 illiyinə həsr ediləcək

76
0

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

PEYK.AZ AZƏRTAC-a istinadən bildirir ki, Muğam Mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı Mahir Tağızadə iştirak edəcək.

Konsertdə bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Qeyd edək ki, konsert proqramı Prezident İlham Əliyevin bəstəkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here