Müəllimlər üçün ixtisas hazırlığına start verilir

Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir.

Müəllimlər üçün ixtisas hazırlığına start verilir

Təlimlər hər həftənin çərşənbə və bazar günləri Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək.

Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Müəllimlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər.

Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə müəllimlər faydalana bilərlər.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi təlim və vebinarlar təşkil olunur.