Mustafa Sandal "Azərbaycan gözəli" ilə əyləncədə

Mustafa Sandal "Azərbaycan gözəli" ilə əyləncədə

Mustafa Sandal

Müğənni Mustafa Sandal yenidən Türkiyə maqazin gündəmini zəbt edib. 
Peyk.az musavat.com-a istinadən xəbər verir ki, ifaçının qızlarla əyləndyi görüntülər sosial şəbəkədə yayılıb.

Daha sonra qızlardan birinin "Miss Azərbaycan - 2017" seçilən Razi Əliyeva olduğu məlum olub. İfaçı ilə modelin səmimi halı diqqət çəkib və onların sevgili olduqları iddia edilib.

Qeyd edək ki, keçən həftə müğənni şəxsi həyatı barədə bunları demişdi: 
"Subay adamam. Evdə oturmalıyam? 14 il evli qaldım, ancaq evimi, ailəmi düşündüm. İndi təbii ki, gəzib əylənəcəyəm".