Nadir mavi almaz 14,9 milyon dollara satıldı

CAR-da hasil olunmuş ümumi çəkisi 20,08 karat olan emal olunmamış nadir mavi almaz 14,9 milyon dollara satılıb.

Nadir mavi almaz 14,9 milyon dollara satıldı
https://peyk.az

Bu barədə SABC radioşirkəti məlumat verib.

Almazın hasil edildiyi “Petra Diamonds Cullinan” adlı şaxtanın baş direktoru Riçard Daffi bildirib:

“Biz almazın satış qiymətindən çox razıyıq. Bu razılaşma mavi almazların dəyərini izah edir”.

Məhz həmin şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat – 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.

Sonuncu mavi almazın alıcısının adı isə hələlik açıqlanmır.