Namiq keçmiş sevgilisindən danışdı: “Aygün Kazımova ilə aramızda...” - FOTO

“Ailədə yeganə işləyən mən idim. Bazarda çalışırdım. Meyxananın ardınca gedə bilmirdim. Bazarda çalışanda eşitdim ki, Əməkdar artist Qorxmaz Əlili “Şəhriyar” adına mədəniyyət sarayında meyxana müsabiqəsi keçirir. Həmin müsabiqədə ikinci yeri tutdum. Rəhmətlik Aydın Xırdalanlı ilə müsabiqədə ikinci yeri bölüşdük. Ailəmin icazəsini alandan sonra...

Namiq keçmiş sevgilisindən danışdı: “Aygün Kazımova ilə aramızda...” - FOTO

“Ailədə yeganə işləyən mən idim. Bazarda çalışırdım. Meyxananın ardınca gedə bilmirdim. Bazarda çalışanda eşitdim ki, Əməkdar artist Qorxmaz Əlili “Şəhriyar” adına mədəniyyət sarayında meyxana müsabiqəsi keçirir.

Həmin müsabiqədə ikinci yeri tutdum. Rəhmətlik Aydın Xırdalanlı ilə müsabiqədə ikinci yeri bölüşdük. Ailəmin icazəsini alandan sonra risk etdim, bir aylıq qazancımı toyların birində bir günə qazandım”.

Oxu.Azxəbər verir ki, bu sözləri məşhur meyxanaçı Namiq Qaraçuxurlu “MTV Azərbaycan” telekanalında yayımlanan “Sohbətsiz” proqramında illər əvvəl bu sənətə necə gəlməsi barədə danışarkən deyib.

Sənətçi onun mahnı oxumasını gözümçıxdıya salan meyxanaçıları özünəməxsus şəkildə tənqid edib:

“Əvvəllər mənə irad tutaraq “meyxana hara, klip hara”, “meyxana hara, mahnı hara” deyən meyxanaçılar özləri indi klip də çəkdirirlər, mahnı da oxuyurlar. Mahnı oxumağa o zaman heç meyilim yox idi. Amma o zamanlar onlar meyxananın əvəzinə mahnı oxuyurdular.

Əvvəllər efirlərə çıxanda çıxış etməmişdən öncə deyirdim ki, bu mahnıdır, bu isə meyxanadır. Bunu onun üçün edirdim ki, gələcək nəsil meyxana janrını mahnıdan düzgün ayıra bilsin. İndi isə bu sənətə gələnlər şikayət edirlər ki, meyxanaçılar aidiyyəti olmayan mahnılar oxuyur”.

“Könül Kərimova ilə duet oxuyanda mahnımız deyil, görüntümüz müzakirə olunurdu” deyən N.Qaraçuxurlu proqramın gedişatında onu məşhurlaşdıran Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən də söz açıb.

Meyxanaçı keçmiş duet ortağı ilə çalışdığı bir dönəmdə ondan çoxlu təcrübə qazandığını etiraf edib:

“Hətta bu gün də müəyyən işlərimdə o təcrübəmdən istifadə edirəm. Aygün xanım ulduz olmaqla yanaşı, həm də yaxşı prodüserdir".

Verilişin aparıcısı Samir Bayramlının “Aygün xanımla heç vaxt bir araya gəlməyəcəyinizi söyləmisiniz. Amma Moskvada məclislərin birində birlikdə iştirak etdiniz” şərhinə Namiq belə reaksiya verib:

“O, keçmişdə olmuşdu. Məndən asılı olan problem deyil. Bizim aramızda bir neçə dəfə problemlər olub. Bir dəfə bizdən Emin Musəvi Moskvaya toya getməyi xahiş edib. Onun xahişi ilə toy mərasiminə getdik. Bir dəfə də bir prodüser bizim adımızdan toy danışıb, beh almışdı. Bizdən xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Dedim ki, problem yoxdur, amma bir daha belə olmasın. Getdiyimə də peşman deyiləm.

Bundan sonra da tədbirlərdə görüşməyimizdə problem yoxdur. Aygün xanımla münasibətimiz normaldır. Moskvada da çox rahat şəkildə səhnəyə çıxdıq. Ünsiyyətimiz də rahat oldu”.

Rəşad Əliyev