"Napoli" İbrahimoviçdən cavab gözləyir

"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç "Napoli"də oynaya bilər.

https://peyk.az

Peyk.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi 38 yaşlı hücumçuya 1.5 illik müqavilə təklif edib. İsveçli oyunçunun bu təklifə yaxın günlərdə cavab verəcəyi bildirilir.

Qeyd edək ki, İbrahimoviçlə sabiq klubu "Milan"ın da maraqlandığı iddia olunur.