Narkotiklə saxlanıldı, oğurluğun üstü açıldı

Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb. Bu barədə "Peyk.AZ"ya Daxili İşlər Nazirliyinin (

Narkotiklə saxlanıldı, oğurluğun üstü açıldı

Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.

Bu barədə "Peyk.AZ"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.