Narkozun təsirində olan gənc şəhid olduğunu düşündü - VİDEO

Türkiyənin Ankara şəhərində 15 yaşlarındakı bir gənc ayağını sındırıb. Təcili xəstəxanaya aparılan gənc ayağından əməliyyat edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat olunarkən narkozun təsirində olan oğlan şəhid olduğunu zənn edib. Onun lentə alınan bu görüntüləri sosial şəbəkədə yayılıb. Narkozun təsərində olan xəstə şəhid olduğunu düşünüb və hərbi salam verib, hətta özü üçün azan oxuyub.

Sosial şəbəkələrdə marağa səbəb olan videonu təqdim edirik: