NATO əsgərlərinə SİLAHLI HÜCUM: yaralılar var

NATO əsgərlərinə SİLAHLI HÜCUM: yaralılar var
https://www.peyk.az

Əfqanıstanda xidmətdə olan NATO əsgərləri hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Qəndəhar hava limanında əfqan polisi NATO əsgərlərinə atəş açıb.

Silahlı hücumda 3 alyans əsgəri yaralanıb.

Taliban qruplaşması isə 12 ABŞ əsgərinin öldürüldüyünü iddia edib. Hücumun məsuliyyətini də Taliban öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada hadisəni törədən şəxsin əvvəlcədən əsgərlərin arasına yerləşdirildiyi bildirilib.