NATO İraqdakı təlimləri dayandırdı

NATO İraqda kadr hazırlığı üzrə apardığı təlim missiyasını dayandırıb.

NATO İraqdakı təlimləri dayandırdı
https://peyk.az

Peyk.az xəbər verir ki, NATO rəsmiləri bu addımı ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik ilə əlaqədar olduğu bildirib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.