NATO-nun təcili toplantısından sonra İranla bağlı - Qərar

İran şiddət və provokasiyadan imtina etməlidir.

NATO-nun təcili toplantısından sonra İranla bağlı - Qərar
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu NATO-nun fövqəladə iclasından sonra jurnalistlərə açıqlama verən alyansın baş katibi Yens Stoltenberq deyib.

“Bütün müttəfiqlər illərdir İranın Yaxın Şərqi qeyri-stabil etmək cəhdlərindən narahat olurlar. İranın heç bir zaman nüvə silahına sahib olmaması və fərqli terror qruplarına dəstəyinin qınanması məsələsində həmfikirik. Bugünki iclasda bütün müttəfiqlər gərginliyin azaldılması ilə bağlı çağırışlar etdilər. Yeni qarşıdurma heç kimin mənfəətinə olmayacaq, dolayısı ilə İran şiddət və provokasiyadan imtina etməlidir” – deyə o bildirib.