Nazir: Ayi eti satan kantrabandalara dövlət qarşısında cavab vereceklər.

Nazir: "Ayı əti satan şəxs dövlətə cavab verməli olacaq"

Nazir: Ayi eti satan kantrabandalara dövlət qarşısında cavab vereceklər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sosial şəbəkələrdə ayı ətinin satılması ilə bağlı məsələyə münasibət bildirib.

APA xəbər verir ki, nazir Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib ki, ayı ətini satan "ovçu" artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq: "Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə vəhşi heyvanların saxlanılması ilə məlumatlar yayılır. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla həssas yanaşmalıyıq".

Nazir əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanılması faktları azalıb: "Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür".