Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı

Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.

Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı
https://www.peyk.az

Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.

 "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır.

S.Babayev qeyd edib ki, əməkçi miqrantların və onların ailələrinin hüquqları insan hüquqlarının tərkib hissəsidir: "Ölkədə əməkçi miqrantların hüquqlarının qorunması hər zaman böyük əhəmiyyət kəsb edib. Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb. Azərbaycan əməkçi miqrantlara bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı bir ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsini qadağan edib. Azərbaycanda əməkçi miqrantların hüquqları ölkə vətəndaşlarının hüquqları ilə bərabər səviyyədə tanınır".