Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azərbaycanı tək qoymayacağıq” — VİDEO

;“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.

Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azərbaycanı tək qoymayacağıq” — VİDEO

“Biz görürük ki, Ermənistan ; diqqəti işğal etdiyi torpaqlardan başqa yerlərə çəkmək istəyir. ; Yeni silahl toqquşma məkanları seçir. Ermənistan indiədək münaqişənin siyasi həll yoluna sadiq qalmayaraq, bunu pozdu. Biz də ; Tükiyə olaraq bu istiqamətdə çox səylər göstərdik. Ancaq Ermənistan tərəfi riayət etmədi”-nazir bildirib.

Nazir əlavə edib ki, Ermənistanın bu hərəkətləri ; qəbul edilməzdir: “Ermənistan ağlına başına toplasın. Azərbaycan tək deyil. ; Biz Türkiyə dövləti və Türk milləti olaraq ; bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün bundan sonra da əlimizdən gələn bütün siyasi dəstəyi verəcəyik və buna hazırıq. ; Amma Ermənistan Tovuza ; hücum etməklə ; savaşı istəyən tərəf olduğunu ortaya qoyub. Biz də Azərbaycanı bu məsələdə tək qoymayacağıq”.

Mürtəza Ölkə.Az