Nazirliyin aparat rəhbəri: “Bu məqam pandemiyadan sonra da unudulmamalıdır”

“Ölkədə səhiyyə sistemindən narazı olan vətəndaşların şikayət edə bilməsi üçün konkret mexanizm mövcuddur”.   Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində deyib.   N.Zeynalov Səhiyyə nazirinin daim vətəndaşları qəbul etdiyini bildirib:...

Nazirliyin aparat rəhbəri: “Bu məqam pandemiyadan sonra da unudulmamalıdır”

“Ölkədə səhiyyə sistemindən narazı olan vətəndaşların şikayət edə bilməsi üçün konkret mexanizm mövcuddur”.  

Oxu.Azxəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində deyib.  

N.Zeynalov Səhiyyə nazirinin daim vətəndaşları qəbul etdiyini bildirib: “Bu gün səhiyyə sistemindən narazı olan şəxslərin şikayət edə bilməsi üçün konkret mexanizm mövcuddur. Dünyada çox az ölkə var ki, əhalisi səhiyyə sistemindən tam razı olsun. Ümumiyyətlə, insanların səhiyyə məsələlərinə həssas yanaşması çox təbiidir. Ölkə ərazisində müşahidə edilən son hadisələr tibb işçilərinə nə qədər ciddi ehtiyac olduğunu bir daha sübut etdi. Bu məqam pandemiyadan sonra da unudulmamalıdır. Şikayətlərə gəldikdə isə hər şikayət bir siqnaldır. Bu istiqamətdə mütəmadi monitorinq və təkmilləşdirmə işlərinin aparılması şübhəsiz ki, cəmiyyətlə əks-əlaqənin daha sıx olmasına kömək edəcəkdir”. 

Könül Cəfərli