“Neftçi” Avropa Liqası üçün 24 futbolçu sifariş etdi - FOTO

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib. Klubun “Facebook” səhifəsində olan məlumata görə, baş məşqçi Füzuli Məmmədovun I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə oyun üçün sərəncamında 24 futbolçu olacaq. Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran...

“Neftçi” Avropa Liqası üçün 24 futbolçu sifariş etdi - FOTO

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Klubun “Facebook” səhifəsində olan məlumata görə, baş məşqçi Füzuli Məmmədovun I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə oyun üçün sərəncamında 24 futbolçu olacaq.

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 2. Cabir Əmirli, 3. Mamadu Mboc, 4. Rener Pavan, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 91. Talison;

Yarımmüdafiəçilər: 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Saman Nəriman Cahan, 19. Fəhmin Muradbəyli, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 28. Stiven Jozef-Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kan, 37. Vüsal Əsgərov, 45. Əli Mürsəlov, 80. İsmayıl Zülfüqarlı;

Hücumçular: 22. Mirabdulla Abbasov, 55. İbrahim Əliyev.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.