Neftçi yetirməsi ilə müqaviləni uzatdı

Flaqman yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşmanı daha 1 illiyə artırıb

Neftçi yetirməsi ilə müqaviləni uzatdı

"Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. ;

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən ;məlumatına görə, flaqman yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşmanı daha 1 illiyə artırıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.