Netanyahu çağırış etdi: İrana təzyiqi artırın

Regionda sülh istəyən dövlətlər İrana qarşı təzyiqləri artırmalıdır.

Netanyahu çağırış etdi: İrana təzyiqi artırın
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İsraill Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi İranın daha bir hücum planlaşdırdığını dedi. Amma İran təkcə öz qonşuları və bizə hücum etmir, İran həm də öz vətəndaşlarına hücum edir. Bu, dünyada ən böyük terrorçu rejimdir. Buna görə də mən regionda və dünyada sülhə nail olmaq istəyən dövlətləri İrana qarı təzyiqləri artırmağa və bu aqressiyaya qarşı çıxan İsraili dəstəkləməyə çağırıram”, - Netanyahu bildirib.