Home İdman Niko Kovaçın taleyi iki oyundan asılıdır?

Niko Kovaçın taleyi iki oyundan asılıdır?

49
0

“Bavariya”nın baş məşqçisi Niko Kovaç klubdakı vəzifəsindən ayrıla bilər.

Peyk.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin Çempionlar Liqasındakı “Benfika” ilə, həmçinin, Almaniya Bundesliqasındakı “Verder”lə oyunları xorvatiyalı mütəxəssis üçün həlledici olacaq. Komandanın bu oyunların birində xal itirəcəyi təqdirdə, 47 yaşlı mütəxəssisin vəzifəsindən göndəriləcəyi deyilir.

“Bavariya”ın “Benfika” ilə oyunu noyabrın 28-də, “Verder”lə matçı isə dekabrın 1-də baş tutacaq.

“Bavariya” Bundesliqada keçirdiyi 12 oyundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here