Nişanlısının seksual arzularından bezən qadın onu çayda boğdu

Nişanlısının seksual arzularından bezən qadın onu çayda boğdu
https://peyk.az

ABŞ-da yaşayan 37 yaşlı latviyalı qadın öz 46 yaşlı nişanlısını çayda boğub. Qadın müstəntiqlərə verdiyi ifadədə, nişanlısının seksual istəklərindən cana yığıldığını bildirib.

İnsident Nyu-York ştatında yerləşən Hudzon çayında baş verib. Kişi qayıqla çayın seyrinə çıxan zaman sevgilisi qəsdən suyu saxlayan tıxacı çıxarıb; nəticədə qayığa su dolub və batıb.

 

Cinayətkarın sözlərinə görə, nişanlısını qətlə yetirmək barədə tez-tez düşünüb. Onun başqasını dəvət etməklə "üçlü" cinsi əlaqədə olmaq təklifindən hiddətlənib.

Müstəntiqlərə verdiyi ifadədə və məhkəmə zalında, törətdiyi cinayət əməlini tam olaraq etiraf edən qadın dörd il müddətinə azadlıqdan məhrum edilib.

Qurbanın anası çıxarılan qərarla razılaşmayaraq, törədilən cinayətə görə cəzanın çox yüngül olduğunu bildirib.