Nizami rayonunda tikinti-quruculuq və abadlıq işləri aparılır - Foto

Nizami rayonunda görülən tikinti-quruculuq və abadlıq işləri rayonun simasının daha da yaxşılaşdırılmasına xidmət edir.  “Peyk.AZ” xəbər verir k

Nizami rayonunda tikinti-quruculuq və abadlıq işləri aparılır - Foto

Nizami rayonunda görülən tikinti-quruculuq və abadlıq işləri rayonun simasının daha da yaxşılaşdırılmasına xidmət edir. 

“Peyk.AZ” xəbər verir ki, Rüstəmov küçəsi ilə Məhsəti küçəsinin kəsişməsində aparılan yenidənqurma və yaşıllaşdırma işləri bunun bariz göstəricisidir.

Rüstəmov və Məhsəti küçələrinin sağ və sol ətrafları abadlaşdırılıb, ağaclar budanıb və dibləri bellənib. Eyni zamanda, küçələr boyunca ümumilikdə 600 ədəd ağac və kol – Eldar şamı, tuya, kiparis və aliandra əkilib. Həyətlərdə 5 söhbətgah və oturacaqlarda cari təmir işləri görülüb.

Bundan əlavə, Rüstəmov və Məhsəti küçələrinə və onlara birləşən yollara 5489 m2, səkilərə isə 1320 m2 asfalt örtüyü döşənib. Həmçinin hər iki küçə boyunca 1344 p/m bordür yenisi ilə əvəzlənib.