“Növbəti Qarabağ müharibəsi geniş ərazilərə yayıla bilər” – Paşinyan

“Dağlıq Qarabağ prosesində sülh danışıqlarına və problemin dinc yolla həllinə alternativ yoxdur”.

“Növbəti Qarabağ müharibəsi geniş ərazilərə yayıla bilər” – Paşinyan
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu KTMT dövlət başçılarının iclasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan hesab edir ki, Qarabağ münaqişəsi ətrafında yaranacaq eskalasiya Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq:

“Buna görə də biz sülh istəyimizi bir daha diqqətinizə çatdırıram, təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa hazırıq. Danışıqları ATƏT-in Minsk qrupu - beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik. Bu kontekstdə xüsusən Minsk qrupunun Rusiyadan olan həmsədrinə təşəkkürümü bildirirəm”.