Nurgül Yeşilçay ərə gedir

Türkiyəli aktrisa Nurgül Yeşilçay ərə gedir.

Nurgül Yeşilçay ərə gedir
https://peyk.az

Peyk.az xəbər verir ki, 42 yaşlı sənətçi sevgilisi Necati Kocabayla nikah masasına oturacaq. O, toy mərasiminin Türkiyədə keçiriləcəyini deyib.

"Biz türk olduğumuz üçün toyumuz da Türkiyədə keçiriləcək. Necə bir toy olacağını bilmirik. Tarixinə də qərar verməmişik" deyə, o, bildirib.

Qeyd edək ki, N.Yeşilçay aktyor Cem Özerlə evli olub. Cütlüyün bir oğlu var.