Nurməhəmmədov yenidən komaya düşdü

UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb. Bu barədə “Mutko protiv” “Telegram” kanalı məlumat yayıb. Mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub. A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın...

Nurməhəmmədov yenidən komaya düşdü

UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.

Bu barədə “Mutko protiv” “Telegram” kanalı məlumat yayıb.

Mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub.

A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın əvvəlində isə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Məşqçinin bir həftəyə qədər komada qaldığı iddia edilirdi.