Nyu-York meri şəhərdə komendant saatı tətbiq edib

Nyu-York hakimiyyəti etirazları və qarışıqlıqları nəzərə alaraq bazar ertəsi axşam saatlarından çərşənbə gününə qədər şəhərdə komendant saatı tətbiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə şəhərin meri Bill de Blazio özünün ;“Twitter”dəki səhifəsində bildirib.

"Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endrü Kuomo ilə danışdım, biz təhlükəsizliyin təmin olunması üçün Nyu-York şəhərində bu axşam komendant saatı tətbiq etməyə qərar verdik. Qərar saat 23:00-da qüvvəyə minəcək və komendant saatı sabah saat 05:00-də başa çatacaq”, - o yazıb.

Kuomo isə “Twitter”də bunları yazıb: "Nyu-York şəhər sakinləri, siz saat 23:00-dan sonra evdən çıxmamalısınız".