Nyu-Yorkda komendant saatının vaxtı uzadıldı

ABŞ-ın Nyu-York şəhərində kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatı iyun ayının 7-nə qədər uzadılıb.

Nyu-Yorkda komendant saatının vaxtı uzadıldı

ABŞ-ın Nyu-York şəhərində kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatı iyun ayının 7-nə qədər uzadılıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, şəhər bələdiyyəsinin rəhbəri Bill de Blasio keçirdiyi mətbuat konfransında yerli vaxtla axşam saat 20:00-dan, səhər saat 05:00-dək şəhərdə komendant saatının tətbiq olunacağını bildirib. ;

O, qeyd edib ki, qadağalar tibb işçilərinə və xüsusi icazə ilə şəhərə çıxanlara şamil olunmur.

Nyu-Yorkda davam edən kütləvi nümayişlərin qarşısının alınması üçün bazar ertəsindən etibarən komendant saatı tətbiq edilib. Daha öncə, yerli vaxtla axşam saat 22-00-dan, saat 08:00-a qədər insanların xüsusi icazə olmadan küçələrə çıxması qadağan edilsə də, nümayiçilər buna məhəl qoymamışdı. Hazırda Nyu-York şəhərinin beş rayonundan üçündə - ;Manhetten, Bruklin və Queensdə kütləvi etiraz aksiyaları davam edir. ;

Bələdiyyə başçısı Nyu-York şəhərinə əlavə 4 000 polisin gətiriləcəyini bildirib.

Vüsalə Abbasova