Nyu-Yorkdakı hərraclarda artım var

Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərrac zamanı COVID-19 pandemiyasından sonra iqtisadiyyatın güman ediləndən daha tez dirçələcəyinə dair gözləntilər nəticəsində müəyyən artım nəzərə çarpıb.

“Report” xəbər verir ki, hərracın əvvəlində "Dow Jones" sənaye indeksi 161,36 faiz bəndi artaraq 27 272,34 faiz bəndinə, S&P indeksi 8,81 faiz bəndi artaraq 3 202,74 faiz bəndinə, Nasdaq elektron birjasının indeksi isə 9,41 faiz bəndi artaraq 9 823,49 faiz bəndinə çatıb.

Bununla yanaşı, WTI markalı neft 38,89 ABŞ dollarından satılıb.

Hərracın əvvəlini şərh edən WSJ qeyd edib ki, göstərilən rəqəmlərdə koronavirusun yeni dalğası ehtimalı, bir sıra ştatlarda məhdudiyyətlərin daha da yumşaldılması, iqtisadiyyatın dirçəlməsinə dair əlamətlər kimi amillərin təsiri var. Bazardakı ovqatın yaxşılaşdığını qeyd edən “Brooks” şirkətinin departament rəhbəri Eduard Park eyni zamanda iqtisadiyyatın tam bərpa olma yoluna qədəm qoyduğunu söyləməyin hələlik tez olduğunu vurğulayıb.