Home Slider “O uşaq biz ailəli olarkən doğulub” – Fərdaya şok ittiham

“O uşaq biz ailəli olarkən doğulub” – Fərdaya şok ittiham

384
0
peyk

Tanınmış aktyor Fərda Aminin birinci xanımı Günel Xudaverdiyeva instaqramda qalmaqala səbəb olacaq açıqlama yayıb.

Peyk.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, aktyorun onunla evli olarkən indiki həyat yoldaşından övlad dünyaya gətirdiyini bildirib. G. Xudaverdiyeva Fərdanın ona xəyanət etdiyini iddia edərək həmin xanıma görə ailəsinin dağıldığını qeyd edib:

“Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib.

O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz”.

Qeyd edək ki, Fərda ötən gün instaqramda birinci və ikinci nikahından dünyaya gələn övladlarının şəklini paylaşaraq “Mətinim, Aminim, Raulum”, – şərhini yazmışdı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here