“Oğlum deyir, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm” - Ronaldo

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.

“Oğlum deyir, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm” - Ronaldo
https://peyk.az

Peyk.az xəbər verir ki, 34 yaşlı futbolçu “Globo Esporte”yə açıqlamasında hələlik futboldan getmək barədə düşünmədiyini deyib:

“Mənim oynamaq üçün qarşıda bir neçə ilim var. Mən uşaqlarıma mütləq nümunə olmalıyam. Əsas da Kriştiano üçün. O, bəzən mənə deyir ki, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm. Düşünürəm ki, bunu bacarmaq çətindir. Ancaq mən hazırda futboldan zövq alıram”.

Qeyd edək ki, Ronaldo bu mövsüm A Seriyasında 14 oyuna 10 qol vurub.