Oğuzda avtomobil atı vurub, bir sərnişin xəsarət alıb

Oğuzda minik avtomobili atı vurub, bir nəfər xəsarət alıb.

Oğuzda avtomobil atı vurub, bir sərnişin xəsarət alıb
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

Yolla hərəkət edən “Mercedes” markalı minik avtomobilinin qarşısına at çıxıb və avtomobil onu vurub. Qəza zamanı at ölüb, avtomobildə olan sərnişin - 1963-cü il təvəllüdlü Şəki rayonunun İnci kənd sakini Cəlal Yusif oğlu Məmmədov isə xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.