Olimpiya çempionumuz canlı yayımda kövrəldi - VİDEO

Gənclər və İdman Nazirliyi və “İdman” TV-nin birgə layihəsi olan “Evdə qal, idmansız qalma” verilişinin bugünkü qonağı idman gimnastikası üzrə azərbaycanlı olimpiya çempionu Valeri Belenki olub. Oxu.Az-ın xəbərinə görə, 1992-ci il Olimpiadasının komanda şəklində çempionu, fərdi mübarizədə bürünc medalçısı olmuş...

Olimpiya çempionumuz canlı yayımda kövrəldi - VİDEO

Gənclər və İdman Nazirliyi və “İdman” TV-nin birgə layihəsi olan “Evdə qal, idmansız qalma” verilişinin bugünkü qonağı idman gimnastikası üzrə azərbaycanlı olimpiya çempionu Valeri Belenki olub.

Oxu.Az-ın xəbərinə görə, 1992-ci il Olimpiadasının komanda şəklində çempionu, fərdi mübarizədə bürünc medalçısı olmuş 50 yaşlı Belenki həmin dövrləri xatırlayarkən kövrəlib.

O, “Azərbaycanla bağlı ən çox nədən ötrü darıxmısınız?” sualına tam cavab verə bilməyib. “Fəxr edirəm ki, Bakıda doğulmuşam” deyən Belenki qəhərlənərək, fikirlərini tamamlamaqda çətinlik çəkib.

Qeyd edək ki, Bakıda yəhudi ailəsində anadan olmuş Valeri Belenki SSRİ millisi ilə üçqat dünya çempionu olub. O, 1992-ci ildə müstəqil Azərbaycanın ilk olimpiya çempionlarından sayılır (həmin Olimpiadada ilk çempionumuz cüdoçu Nazim Hüseynov olub – S.M.). 1992-ci il Olimpiadasında Azərbaycan Birləşmiş komanda və ya MDB yığması adı altında çıxış etsə də, qaliblərə görə həmin ölkənin himni və bayrağı qaldırılırdı.

Valeri Belenki o dövrlərdə Azərbaycanda Gimnastika Federasiyası olmadığından, 1994-cü ildən Almaniyanın Ştutqart şəhərinə köçüb. O, 1996-cı il Olimpiadasında Almaniya adından çıxış edib. Bir il sonra o, Lozannada dördüncü dəfə dünya çempionu olub.

Səbuhi Musayev