Ölkənin ən təhlükəli terrorçusu ələ keçdi

Səudiyyə Ərəbistanında axtarışda olan və ölkənin ən təhlükəli terrorçularından biri hesab olunan Hüseyn Əli Əl Ammar saxlanılıb.

Ölkənin ən təhlükəli terrorçusu ələ keçdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə məlumatı “Əl-İhbariyə” televiziyası yayıb.

Məlumata əsasən, terrorçu Küteyf şəhərində ələ keçirilib. O, bir sıra böyük cinayətlərdə, o cümlədən, müstəntiq Məhəmməd Ciraninin qaçırılması və qətlində, Dammamda patrul avtomobilinə atəşin açılmasında, inkassatorlara hücumda təqsirləndirilir.