Ölkədə bu qədər yoxsul varkən... - Prezident şəxsi təyyarəsini satır

Meksika prezidenti Andres Manuel Lopez Obrador lüks prezident təyyarəsini satır. 

Ölkədə bu qədər yoxsul varkən... - Prezident şəxsi təyyarəsini satır

Meksika prezidenti Andres Manuel Lopez Obrador lüks prezident təyyarəsini satır. 

Peyk.az Reuters-ə istinadən xəbər verir ki, təyyarə Boeing 787 Dreamliner tipli təyyarənin qiyməti 120 milyon dollar təyin edilib.

Alıcının adı açıqlanmasa da, qiymətin bir hissəsinin nağd və bir hissəsinin tibbi avadanlıq kimi ödənilə biləcəyi bildirilib.

Qeyd edək ki, Keçmiş prezident Enrique Pena Nieto bu təyyarə 392 milyon dollara almışdı. Obrador isə “Ölkədə bu qədər yoxsul varkən o təyyarəyə minməyə utanaram” deyərək, prezident seçilərsə onu satacağına söz vermişdi.

www.Peyk.az