Ölməsinlər deyə yatanda başına qazan keçirən uşaqlar... - VİDEO - FOTO

Suriyada çəkilən görüntülər ürək ağrıdır.

milli.az-a istinadla xəbr veririk ki, görüntülərdə vətəndaşların başlarına qazan keçirərək yatması əks olunub.

 

Kadrlar İdlib şəhərində çəkilib. Burada yaşayan əhali mərmilərdən qorunmaq üçün gecə yatanda başlarına qazan keçirirlər.

Aylıq gəlirləri 70-100 dollar olan ailələr ağır şərtlər altında yaşamağa öyrəşiblər.