“Ölən” körpə altı saatdan sonra morqda gözlərini açdı - VİDEO

Meksikanın Puebla de Caragoca şəhərində ölü doğulduğu düşünülən körpə altı saat morqda saxlanılıb. Bu barədə “Daily Mail” xəbər verir. Körpə hamiləliyin 23-cü həftəsində dünyaya gəlib (normal hamiləlik təxminən 17 həftə daha çoxdur). Heç bir həyat əlaməti göstərmədiyi üçün həkimlər onu ölü...

“Ölən” körpə altı saatdan sonra morqda gözlərini açdı - VİDEO

Meksikanın Puebla de Caragoca şəhərində ölü doğulduğu düşünülən körpə altı saat morqda saxlanılıb.

Bu barədə “Daily Mail” xəbər verir.

Körpə hamiləliyin 23-cü həftəsində dünyaya gəlib (normal hamiləlik təxminən 17 həftə daha çoxdur). Heç bir həyat əlaməti göstərmədiyi üçün həkimlər onu ölü doğulmuş hesab ediblər. Bundan sonra uşaq morqa aparılıb və soyuducuya yerləşdirilib.

Altı saat sonra meyit üçün gələn cənazə agentliyinin səlahiyyətliləri uşağın sağ olduğunu görüb şoka düşüblər.

“Orada olduğu müddətdə uşağın necə ölmədiyini anlaya bilmirəm. Adətən bu soyuducu amputasiya olunmuş əzaları saxlamaq üçün istifadə olunur”, - deyə onlardan biri etiraf edib.

Körpəyə dərhal tibbi yardım göstərilib, daha sonra yenidoğulmuşların reanimasiya şöbəsinə aparılıb.

Xəstəxana rəhbərliyi isə hadisə ilə bağlı istintaq başladıb.