Ölümə səbəb olan aktyorla bağlı qərar verildi

Rusiya məhkəməsi bir neçə gün bundan əvvəl ölümlə nəticələnən qəza törədən Əməkdar artist Mixail Yefremov barədə qərar çıxarıb. “Peyk.AZ” xəbər

Ölümə səbəb olan aktyorla bağlı qərar verildi

Rusiya məhkəməsi bir neçə gün bundan əvvəl ölümlə nəticələnən qəza törədən Əməkdar artist Mixail Yefremov barədə qərar çıxarıb.

“Peyk.AZ” xəbər verir ki, məhkəmə istintaqın tələbini təmin edərək aktyoru 2 ay müddətinə (9 avqustadək) ev dustaqlığına göndərib.

M.Yefremov sözügedən qərara etiraz etməyib, qəzanın dəhşətli bir faciə olduğunu qeyd edib.

Məhkəmənin qərarı ilə sənətçinin yaşayış yerini tərk etməsi, media ilə əlaqə qurması, rabitə vasitələrindən və internetdən istifadə etməsi və yazışmalar göndərməsi qadağandır. Bundan əlavə, Yefremov yalnız yaxın qohumları, müstəntiqlər, vəkillər və Federal Penitensiar Xidmətin əməkdaşları ilə əlaqə qura bilər.

Aktyora texniki nəzarətin tətbiq ediləcəyi vurğulanır.