Onlar da “Tərəqqi” aldı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Onlar da “Tərəqqi” aldı
https://peyk.az

Peyk.az-ın məlumatına görə, “Tərəqqi” medalı ilə təltif edilənlər arasında tanınmış simalar da var.

Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü və eyni zamanda xəbər aparıcısı kimi fəaliyyət göstərən Anar Nəcəfli də “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, İTV-nin əməkdaşı Məmmədov Məmmədəli Nazim oğlu (DJ Fateh) də eyni medalla təltif olunub. AzTV-də şöbə müdiri vəzifəsində çalışan Ranar Musayev də “Tərəqqi” medalı ilə təltif olunanlar sırasındadır.