"Onlarla oynamaq stamotoloqa getmək kimidir" - Arteta

"Arsenal"ın baş  məşqçisi Mikel Arteta İngiltərə kubokunun 1/32 final mərhələsində "Lids"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, matçla bağlı deyib: "İki hissədə iki fərqli komanda izlədik. Oyunçularıma hansı vəziyyətdə olduğumuzu başa salmağa çalışdım. İlk 32 dəqiqədə istədiyimiz kimi oynamadıq. İkinci hissədə isə tam fərqli komanda olduq".

M.Arteta Marselo Bielsanın çalışdırdığı "Lids" haqda müsbət fikirlər səsləndirib: "Lids"in bir çox oyununu izləmişəm. Onlara qarşı hazır deyilsinizsə, məhv edilə bilərsiniz. "Lids"lə oynamaq stamotoloqa getmək kimidir.Onlar əla komandadır və yaratdıqları heyət çox güclüdür".