Home İdman Onun meydanda olması futbolçular üçün əlavə motivasiyadır – Qurban Qurbanov

Onun meydanda olması futbolçular üçün əlavə motivasiyadır – Qurban Qurbanov

249
0

“Qarabağ” sabah UEFA AvropaLiqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Peyk.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransı keçirərək, matç haqqında fikirlərini bildirib:

“Qrup mərhələsində son ev oyununumuzu keçirəcəyik. Qələbə qazanmaq istərdik. Öz oyunumuzla, qələbəylə azarkeşləri sevindirmək istəyirik. Rəqibdə məşqçi dəyişikliyi olub, belə hallarda komanda daha yaxşı əhval-ruhiyyə ilə oyuna hazırlaşır. Çalışacağıq ki, biz daha aktiv olaq”.

“Sportinq”in bir neçə əsas futbolçusu Bakıya gəlməyib. Bu, sizin üçün bir motivasiya ola bilər?
– Belə böyük klublarda gəlməyən futbolçulara çox önəm vermirəm. Geniş heyətləri var. Futbolçuların da buna fikir verməyəcəyinə inanıram. Güclü, böyük tarixi olan komandaya qarşı oynayacağıq. Rəqibdən üstün olmaq istərdik. Daha yaxşı oyun göstərməyə çalışacağıq.

– Hücum xəttində Araz Abdullayevə şans verəcəksiz, yoxsa başqa dəyişiklik edəcəksiz?
– İnnosent Emeqara olmayacaq. Arazın o mövqedə oynamaq ehtimalı çoxdur. Son qərarı sabah məşqdən sonra verəcəm.

– Rəşad Sadıqov sabah avrokubokda 100-cü oyununa çıxacaq. Bu, sizə stimul verirmi?
– Azərbaycanlı futbolçunun avrokubokda 100-cü oyununa çıxması məni sevindirir. Sabah sonuncu ev oyunumuz olduğu üçün bütün futbolçular da özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Rəşadın sabah meydanda olacağı dəqiq deyil. Onun 100-cü oyunu deyil, meydanda olması futbolçular üçün əlavə motivasiyadır.

– Rəşadın meydanda olmamaq ehtimalı zədəylə bağlıdır? 
– Xeyr.

– Millətlər Liqasından sonra özünüzü bu oyuna necə kökləyirsiz?
– Psixoloji cəhətdən bərpa olmaq məşqçilərdə mövsümün sonundan başlayır. Hər günümüz gərgin keçir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here