Home Mədəniyyət Opera və Balet Teatrında “Manon Lesko”nun premyerası olub

Opera və Balet Teatrında “Manon Lesko”nun premyerası olub

135
0

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olub.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, səhnə əsərində Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər, “Humay” mükafatı laureatı Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və solist Fəhmin Əhmədli çıxış ediblər.

Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Gənc bir xanımın həyat dramından bəhs edən opera Azərbaycan səhnəsində ilk dəfə səhnələşdirilib.

Qeyd edək ki, “Manon Lesko” Cakomo Puççininin yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb. Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində reallaşıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here