Öskürək zamanı bunları etməyin - Həkimdən XƏBƏRDARLIQ

Öskürək 2 aydan çox çəkirsə ağciyər rentgenoqrafiyası vacibdir.

Öskürək zamanı bunları etməyin - Həkimdən XƏBƏRDARLIQ
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Həkim bildirib ki, öskürək siroplarının öskürəyə müsbət təsiri sübut edilməyib:

“Öskürək hər zaman tənəffüs yolu xəstəliklərinə dəlalət etmir. Göyöskürək-öskürəyin xüsusi formasıdır. Ölkəmizdə peyvənd əleyhdarlarının 25% olduğunu və "qızdırma verən" peyvəndlərdən sayıldığı üçün vurulmaması bu xəstəliyin vüsət almasına səbəb olur.
Əziz valideynlər, "uşaqlarımız öskürür", deyə özbaşına antibiotik, bəlğəmgətirici, öskürək kəsici kimi vasitələri işlətməyin. Bu infeksiyanın pnevmoniya, plevrit, tənəffüs çatışmazlığı ilə ağırlaşmasına səbəb olur”.