Ötən gün Nyu-Yorkda təxminən 300 nəfər həbs edilib

ABŞ-ın Nyu-York şəhərində ötən gün keçirilən etiraz aksiyalarının təxminən 300 iştirakçısı həbs olunub.

Ötən gün Nyu-Yorkda təxminən 300 nəfər həbs edilib

ABŞ-ın Nyu-York şəhərində ötən gün keçirilən etiraz aksiyalarının təxminən 300 iştirakçısı həbs olunub.

"Report" ;NY1 telekanalına istinadən xəbər verir ki, bu barədə Nyu-York polisinin rəhbəri Dermot Şia keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, həbslərin sayı hər gün azalır. ;

"Etirazlar ötən cümə axşamı başlandı, cümə, şənbə və bazar günləri davam etdi. Amma son üç gecə biz həbslərin sayının təxminən 700-ə qədər, ötən gecə 300-ə qədər azalmasını müşahidə etdik”, - deyə o bildirib. ;

Dermot Şia qeyd edib ki, həbslər zorakılıq aktlarını tətbiq edənlərə, soyğunçuluqla məşğul olanlara və polislərə hücum edənlərə qarşı tətbiq olunur.

Nyu-York polisinin rəhbəri xüsusi halda diqqəti etiraz aksiyaları iştirakçılarının polislərə içi sement və su ilə dolu butulkaları atmalarına yönəldib. ;

Polis rəisi tabeliyində olanların bəzilərinin səlahiyyətlərini aşmaları barədə ittihamların dəqiq araşdırılacağını söz verib.

"Bilirəm ki, əməkdaşlarımın əksəriyyəti son dərəcə peşəkar hərəkət edirdilər və ən çətin şərait vaxtı təmkinli idilər”, - Dermot Şia bildirib. “Amma bir neçə hadisə ola bilər, hansılar ki, indi yoxlanılır. Deyə bilərəm ki, bir neçə polis işdən çıxarılma gözləyir", - o əlavə edib.